Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub.
Bu barədə Teleqraf.com-a Dövlət Təhlükəsizlik Xidmətindən bildirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Gününə həsr olunan konsert proqramı təşkil edilib.
Tədbirdə DTX-nin əməkdaşları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və Xidmətin “N” saylı hərbi hissəsinin əsgərləri iştirak ediblər.
Konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda mahnıları və zəfər nəğmələri səsləndirilib.