8 Noyabr 12:06
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Qardaş Azərbaycanı qədim torpağı - Qarabağın işğaldan azad edilməsinin dördüncü ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik. Azadlıq uğrunda şəhid olanların xatirəsini dərin ehtiramla yad edirik və bu böyük qələbənin iştirakçısı olmuş qazilərimizi minnətdarlıqla xatırlayırıq”, - paylaşımda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər