8 Noyabr 17:25
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın futbolçusu Toral Bayramovun Norveçdə "Budyo Qlimt"ə vurduğu qol Avropa Liqasında həftənin ən yaxşısı seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında bildirilib.

Cinah oyunçusunun dəqiq zərbəsi azarkeşlərin səsverməsindən sonra birinci olub.

Liqa mərhələsinin IV turunun ən yaxşı qol müəllifi adına digər namizədlər Almaniyanın "Ayntraxt" (Frankfur) klubundan Omar Marmuş, Bolqarıstan təmsilçisi "Ludoqorets"dən Erik Markus və Türkiyənin "Qalatasaray" kollektivindən Yunus Akgün idi.

Qeyd edək ki, "Qarabağ" Norveçdə rəqibini 2:1 hesabı ilə üstələyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər