21 Fevral 2015 13:05
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland Krallığında nəşr olunan “Holland Times” qəzeti “Xocalıya ədalət” kampaniyasından yazıb.

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) Avrasiya Regional Mərkəzindən verilən xəbərə görə, Nierland Krallığında “Holland Times” qəzetinin bu yaxınlarda nəşr olunan nömrələrindən birində həm Xocalı faciəsi, həm də “Xocalıya ədalət” kampaniyası haqqında məqalə nəşr olunub.

Sözügedən məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc azərbaycanlılara qarşı erməni silahlılarının həyata keçirdiyi kütləvi qırğın haqqında təfsilatı ilə məlumat verilib. Yazıda hadisə zamanı ölənlər, yaralananlar və itkin düşənlərin sayı, qırğında iştirak edən qüvvələr göstərilib.

Daha sonra məqalədə 2008-ci ilin may ayının 8-də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya Ədalət” kampaniyası, onun məqsəd və vəzifələrindən bəhs edilib.

Məqalədə hal-hazırda dünyanın müxtəlif ölkələrində “Yalanla mübarizə üçün alov yandır” (Light a Fire to Fight the Liar) devizi altında kampaniya çərçivəsində həyata keçirilən tədbirlərdən, eləcə də dünya ictimaiyyətini Xocalı faciəsini “insanlığa qarşı cinayət” və “soyqırımı aktı” kimi tanımağa çağıran petisiyaya qoşulma təşəbbüsü haqqında yazılıb. Sözügedən məqalə ilə bu linkdən tanış olmaq olar:

http://www.thehollandtimes.nl/article/953/justice-for-khojaly


Müəllif: