6 Mart 2015 11:19
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxının millət vəkili Elxan Süleymanov ötən illərdə olduğu kimi, bu il də Şamaxıda yaşayan qəhrəman anaları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Millət vəkilinin Şamaxı rayonundakı səlahiyyətli nümayəndəsi Dəyanət Musayevin Teleqraf.com-a verdiyi məlumata görə, rayon ərazisində yaşayan 148 nəfər qəhrəman ananın hər birinə Elxan Süleymanovun adından hədiyyələr və təbrik məktubları təqdim olunub.

Qəhrəman analar göstərilən diqqət və qayğıya görə millət vəkilinə minnətdarlıqlarını bildiriblər.

BƏXTİYAR


Müəllif: