Ölkə ərazisində istifadəsiz torpaqların müəyyən edilməsi ilə bağlı monitorinqlərə start verilib. Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, torpaqların istifadə olunmaması səbəbi araşdırldıqdan sonra təkliflər hazırlanacaq və hökumətə təqdim olunacaq.
Nazirlikdən verilən məlumata görə, sahibkar aldığı torpağı aidiyyəti üzrə istifadə edə bilmədiyi üçün baxımsız saxlayır. Bütün bunlar araşdırılacaq və dünya təcrübəsinə uyğun tədbirlər görüləcək.
Kənd təsərrüfatı naziri Heydər Əsədov mətbuata açıqlamasında bildirib ki, istifadəsiz torpaqlara əlavə vergilərin tətbiq olunması ilə bağlı hazırda dünya praktikası öyrənilir. Nazirin fikrincə, torpaqdan uzun müddət istifadə edilməməsi onun istifadəsiz qalması demək deyil, elmi araşdırmalara görə, torpağın hər il 60-66 faizi istifadə olunub, qalan hissəsi dincə qoyulsa, bu, daha səmərəlidir.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin əkinə yararlı torpaq sahələrinin istifadəsiz qalması ilə bağlı bu günlərdə səsləndirdiyi iradlardan sonra Kənd Təsərrüfatı Nazirliyi bu sahədə nöqsanların aradan qaldırılması üçün hərəkətə keçib.
SEVİL