17 Mart 2015 12:30
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqlar ötən il heç bir nəticə verməyib.

Teleqraf.com-un xəbərinə görə, bunu baş nazir Artur Rasizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında ötən il üçün hökumətin hesabatını təqdim edərkən deyib.

O, bildirib ki, Ermənistanın tutduğu mövqe status kvonun saxlanmasına, məsələnin həllinin qeyri-müəyyən müddətə uzadılmasına səbəb olur: “Bu hal nəzərə alınaraq, Azərbaycan ordusu sürətlə inkişaf edir. Hərbçilərimizin son vaxtlar cəbhə xəttindəki təxribatlara verdiyi cavab ordumuzun qüdrətinin gündən-günə artmasının sübutudur”.

Baş nazir qeyd edib ki, orduya dəstək bütün dövlət orqanlarının nəzarətində olmalıdır: “Silahlı Qüvvələr Fonduna edilən könüllü yardım ictimaiyyətin orduya münasibətinin göstəricisidir”.

Nemət


Müəllif:

Oxşar xəbərlər