19 Mart 2015 14:34
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli "Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" fərmanında dəyişikliklər edilməsi barədə" 11 iyul 2014-cü il 228 nömrəli fərmanına əsasən qeyri-dövlət fıtosanitar xidmətləri, o cümlədən bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı, idxalı, satışı və saxlanılması xüsusi razılıq (lisenziya) əsasında həyata keçirilən fəaliyyət növlərinin siyahısına daxil edilib.


Nazirlər Kabinetinin 01 oktyabr 2014-cü il 319 nömrəli qərarı ilə bitki mühafızə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan şərtlər müəyyən edilib.


Fərmanın icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən son aylarda Ədliyyə Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamaların aparılması məqsədi ilə reyestrdən çıxarışlarına əsasən müxtəlif bölgələrində bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı və satışı ilə məşğul olan 39 obyektdə keçirilən monitorinqlər nəticəsində 700 kq-dan artıq qeydiyyatdan keçməmiş, keyfiyyətsiz, standartlara cavab verməyən, mənşəyi məlum olmayan pestisidlərin və aqrokimyəvi maddələrin satışı qadağan etdirilərək dövriyyədən çıxarılıb, 10 müəssisənin fəaliyyəti dayandırılıb. Bu istiqamətdə Dövlət Xidməti tərəfindən reydlər davam etdirilir.

FAO-nun hesablamalarına görə dünya üzrə inkişaf etməkdə olan ölkələrdə istifadə olunan bitki mühafızə vasitələrinin təqribən 30 faizi beynəlxalq keyfiyyət standartlarma cavab vermir. Bitki mühafızə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı zamanı adekvat olmayan istehsal texnologiyası və keyfıyyətə nəzarət sistemi, icazəsiz istehsal, məhsulun saxtalaşdırılması, istifadəyə qədər uyğun olmayan yerdə saxlanılması və s. kimi amillər aşağı keyfıyyətli məhsul istehsalına gətirib çıxarır.


Bitki mühafızə vasitələrinin istehsalına, idxalına, satışına və saxlanılmasına xüsusi razılıq (lisenziya) verilməsi zamanı tələb olunan əlavə şərtlər bu sahədə boşluqların aradan qaldırılmasında, fıziki və hüquqi şəxslər tərəfindən sözügedən sahələrdə fıtosanitar, sanitariya-gigiyena və texniki-təhlükəsizlik qaydalarmın tələblərinə riayət edilməsinə şərait yaradacaqdır ki, bu da ətraf mühitin mühafızəsi və insan sağlamlığının qorunması baxımından olduqca vacibdir.

SEVİL


Müəllif:

Oxşar xəbərlər