Bu ilin may ayının 23-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Kataloniya əyalətinin inzibati mərkəzi olan Barselona şəhərinə müntəzəm reyslər yerinə yetirməyə başlayır.
Teleqraf.com-un məlumatına görə, reyslər şənbə günləri birbaşa uçuş yerinə yetirən sərnişinlər üçün maksimal əlverişli cədvəl üzrə Bakıdan saat 07:00-da uçuş və yerli vaxtla 09:45-də Barselonaya eniş olmaqla yerinə yetiriləcək. Barselonadan uçuşlar saat 11:00-da yerinə yetiriləcək və yerli vaxtla 19:10-da Azərbaycanın paytaxtına enəcək. Yeni hava xətlərinə xidmət ekonom eləcə də, biznes sinfin olduğu “Airbus 319” tipli təyyarələrlə göstəriləcək.
Turistlər tərəfindən ən çox gəzilən və Avropanın ən gözəl şəhərlərindən biri olan Barselonaya birbaşa hava xəttinin açılması ilə AZAL öz sərnişinlərinə zəngin tarixə, bənzəri olmayan mədəniyyətə və mükəmməl mətbəxə malik olan İspaniyanı tanımağa gözəl imkan yaradır.
AZAL-dan bidlrirlər ki, Barcelonaya reysləri dəniz kənarında çimərlik istirahətini ən məşhur ispan əyalətinin memari və tarixi diqqətəlayiq yerləri ilə tanışlığı birləşdirməyə üstünlük verən səyahət sevənlər üçün gözəl seçimdir.
Naibə QURBANOVA