Filosoflar kimlərdir və onların kəlamlarına niyə ehtiyacımız var? Xoşbəxtlikdən açar cavab elə bu kəlmənin içindədir. Yunan dilində "philo" sevgi, yaxud sədaqət, "sophia" isə hikmət, müdriklik deməkdir.
Bəli, filosoflar hikməti sevən adamlardı. Amma kəlamları ilə dünya durduqca bəşəriyyətə müdriklik dərsi verən filosofların qəribə tərəfləri az olmayıb.
Bu kiçik arayışdan sonra filosoflar haqqında maraqlı məlumatları təqdim edirik:
1. “Bilirəm ki, heç nə bilmirəm”, – Sokratın ən məşhur kəlamlarından biridir. Platonun da sokratsayağı bir aforizmi var: “Mən həmişə deyirəm ki, yalnız xırda bir elmdən başqa heç nə bilmirəm – bu da erotikadır. Bu sahədə mən çox güclüyəm”.
2. Platon filosof olmaqla yanaşı, olimpiya çempionu olub. İki dəfə o, pankration (boks və qaydasız döyüşün qarışığı) üzrə yarışda qalibiyyət qazanıb.
3. İtaliya filosofu Kardano həmişə zənn edirdi ki, hakimiyyət onu izləyir, ona verilən ətə isə xüsusi olaraq mum və kükürd hopdurulur.
4. Monteskyönün iş otağında, döşəmədə çüxur olduğu barədə şayiələr var. Çuxurun onun axsamasından yarandığını güman edirdilər.
5. Jan Jak Russo beyninin daha da yaxşı işləməsi üçün qızmar günəşin altında başı açıq dayanardı. Fridrix Şiller isə öz əsərləri üzərində işləyərkən ayaqlarını soyuq suda saxlayırdı.
6. Deni Didro adətən günləri, ayları, illəri və yaxınlarının adlarını unudurdı.
7. Artur Şopenhauer qaldığı mehmanxanalarda öz soyadının iki “p” hərfi ilə yazıldığını görəndə əsəbləşər və hesabı ödəməzdi.
8. Qədim yunan filosofu Platona tələbələri bir dəfə xahiş etmişdi ki, insanın tərifini versin, o isə belə cavab vermişdi: “İnsan lələkdən məhrum olmuş,
iki ayaqlı heyvandır”. Lakin Diogen tükləri yolunmuş xoruzu Akademiyaya gətirib onu platonsayağı insan elan etdikdən sonra, Platon sözlərini dəyişdirməli oldu və dediyi sözlərə yalnız bunu – “düz dırnaqlı” sözünü əlavə etdi.
9. Bu aforizmi Fransa kraliçası Mariya Antuanettaya aid edirlər: deyilənə görə o kəndlilərin aclıq çəkdikləri barədə xəbər alan zaman “Əgər çörəkləri yoxdursa, pirojna yesinlər!” – deyib. Amma bu cümləni ilk dəfə Jan Jak Russo hələ Maria Antuanetta doğulmamışdan öncə deyib. Çoxları güman edir ki, bu aforizm hansısa başqa krala və ya kraliçaya məxsusdur, amma onun dəqiq kimə məxsus olması məlum deyil.
10. B.e.ə 347-ci ildə Platonun ölümündən sonra, Aristotel Makedoniya kralının oğlu, gələcək imperator Böyük İsgəndərin müəllimi olub.
11. Gənc oğlan Sokratdan soruşur:
- Müdrik, mənə məsləhət ver, evlənim yoxsa yox.
- Nə istəyirsən onu da elə – onsuzda peşman olacaqsan.
12. Sokrat harınlığa və israfçılğa nifrət edirdi, o hesab edirdi ki, insan üçün vacib şeylər yalnız həyat üçün zəruri ehtiyaclardır.
13. B.e.ə 399-cu ildə Sokrat 70 yaşında ölüm cəzasına məhkum edilməsi hamıya məlumdur.
14. İlk məşhur saat qnomondan yaranan günəş saatı olub. Amma bu saatın bir mühüm nöqsanı varıydı – o, günəşlə işlədiyindən yağışlı havalarda və gecələr işləmirdi. Buna görə də Babildə “klepsidra” – su saatı icad edildi. “Klepsidra”nın mexanizmi çox sadə idi – su dəlikdən damlayırdı, şüşədə isə nişana görə saatı təxmin etmək mümkün olurdu. Platon “klepsidra”dan zəngli saat icad etdi – süzülən su qoruyucu mexanizm yerləşdirilmiş aşağı içlikdə havanı sıxırdı. Müəyyən təzyiqdə qoruyucu atılırdı və sıxılmış hava fleyta çalan mexanizmə istiqamətləndirilirdi, fleytadan keçərkən kəskin səs çıxardaraq Platonun tələbələrini oyanmağa və dərslərinə hazırlaşmağa çağırırdı.
15. İlk elmi əmək işinin yazılması Aristotelə məxsusdur. Aristotel həris kolleksioner olduğundan, bir çox ölkələrdən topladığı bitkilər haqqında elmi iş yazırdı. Kolleksiyasının əsas tədarükçüsü isə Makedoniyalı İsgəndər olub.
anspress