7 Aprel 2015 14:52
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisində olub.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, ofisin rəhbəri Tural Kərimov qonağı mərkəzin yerləşdiyi məkanla və işçi heyətlə yaxından tanış edib. O bildirib ki, Azərbaycanla Fransa arasında əlaqələr tarixi köklərə malikdir və bu münasibətlər hazırda da uğurla davam etdirilir. Bu gün nəinki dövlət səviyyəsində, eləcə də gənclər təşkilatları səviyyəsində əməkdaşlıq imkanlarımız genişləndirilir.

İlk Avropa Oyunları ilə bağlı mərkəz tərəfindən yaxın günlərdə Mingəçevir şəhərində keçiriləcək dəstək festivalına hazırlıq işləri ilə tanış olan Paskal Mönye təşkilatçı gənclərlə də görüşüb.

Daha sonra mərkəzin tərkibində yaradılması nəzərdə tutulan fransız dili kursları ilə bağlı fikir mübadiləsi də aparılıb.

Səfər zamanı Azərbaycanla Fransa arasında mövcud münasibətlərin və qarşılıqlı əməkdaşlığın qorunub saxlanmasının və inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər