Yasamal rayonunda yerləşən Şəfayət Mehdiyev küçəsində təmir işlərinə başlanılıb. Hazırda səki daşlarının dəyişdirilməsi işləri həyata keçirilir. Nəzərdə tutulan işlər başa çatdırıldıqdan sonra köhnə asfalt-beton örtüyü yenilənəcək.
Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Məlumatda həmçinin bildirilir ki, yaxın zamanlarda tikinti altına düşən maneələri köçürmək mümkün olarsa, sözügedən küçənin Haqverdiyev küçəsi ilə kəsişməsindən Hüseyn Cavid parkına qədər olan hissəsi 4 hərəkət zolağına uyğun yenidən qurulacaq. Hazırda tikinti altına düşən maneələrin köçürülməsi üçün aidiyyatı qurumlarla birgə işlər aparılır.