16 Aprel 2015 18:39
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cari ilin dekabr ayından yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağı nəzərə alınaraq qarşıda duran məsələlərin operativ həlli məqsədilə Daxili İşlər Nazirinin müvafiq əmri ilə rəhbər vəzifəli əməkdaşlardan və mütəxəssislərdən ibarət Xüsusi Komissiya yaradılıb”.

Teleqraf.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev bildirib. O qeyd edib ki, komissiya tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 dekabr tarixli Sərəncamı rəhbər tutularaq həyata keçirilən tədbirlər çərçivəsində biometrik şəxsiyyət vəsiqələrinin çap olunacağı 9 regional mərkəzin infrastrukturu yenilənib, “Giriş-çıxış və qeydiyyat” İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsi ilə bağlı texniki layihə hazırlanıb.

Baş İdarənin nəzarəti altında keçirilmiş tədbirlərlə səyyar qruplar tərəfindən etibarlılıq müddəti bitmiş 200 minədək şəxsiyyət vəsiqəsi dəyişidirlib, xarici ölkələrdə yaşayan vətəndaşların siyahıları dəqiqləşdirilib.

Respublikanın ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin sürətləndirilməsi üçün ötən il orta məktəblərdə məqsədli tədbirlər təşkil olunub, ölkə üzrə 197.723 şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər