17 Aprel 2015 00:44
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II Beynəlxalq konfrans iştirakçıları Qafqaz xalqlarına və bütün dünya birliyinə müraciət edib.

AMEA Tarix İnstitutundan Teleqraf.com-a verilən xəbərə görə, müraciətdə bildirilir ki, Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, Böyük Britaniya, Fransa, Almaniya, Hindistan, İtaliya və digər ölkələrin arxivlərindən əldə edilmiş çoxsaylı sənədlər əsasında yazılan və konfransda səsləndirilən elmi məruzələr 1914-1920-ci illərdə Şimali və Cənubi Azərbaycanın bölgələrində, Türküstanın bəzi bölgələrində, Şimali Qafqaz, Volqaboyu və böyük dövlətlərin bölüşdürməyə çalışdığı Osmanlı imperiyasının ərazisi olan Şərqi Anadoluda yaşayan türk-müsəlman əhalisinə qarşı erməni-daşnak silahlı birləşmələri tərəfindən dəhşətli soyqırımların törədildiyi sübuta yetirib: “ Ermənistan Respublikası yalnız Azərbaycana deyil, həm də digər qonşu ölkələrə, o cümlədən Türkiyə Cümhuriyyəti və Gürcüstana qarşı da ərazi iddiaları irəli sürməkdədir.

Erməni işğalçılarının azərbaycanlılara qarşı soyqırım cinayətləri mahiyyətcə tarixin müxtəlif dövrlərində Asiya, Afrika, Amerika xalqlarına, həmçinin Türküstan, Volqaboyu və Balkan yarımadasının türk-müsəlman əhalisinə qarşı edilən analoji cinayətlərlə eynidir. 1914-1920-ci illərdə törədilmiş kütləvi qırğınlar nəticəsində həlak olanların ruhuna hörmət əlaməti olaraq biz – “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusuna həsr olunmuş II Beynəlxalq elmi konfransın iştirakçıları hesab edirik ki, yalnız millətlərarası sülh coxmillətli Qafqazın davamlı inkişafına zəmanət verə bilər. Bütün bunları nəzərə alaraq, təkcə siyasətçilər deyil, eləcə də elm və mədəniyyət xadimləri millətlərarası dialoqun inkişafı üçün öz səslərini qaldırmalı və bununla yanaşı millətlərararası nifaqın hər hansı bir formada təzahürünə yol verməməlidirlər. Xalqlar arasında ünsiyyətin əsasını onların tarixi haqlarına, hüquqlarına, dini hisslərinə və inanclarına hörmət təşkil etməlidir”.

SEVİL


Müəllif:

Oxşar xəbərlər