Azərbaycanın "Dilmanc" proqram təminatçısı şirkəti Call-mərkəzlərin xidmətlərindən istifadə edən abonentlərin sorğusuna cavab vermək üçün intellektual sistem yaradıb. Bunu Trend-ə "Dilmanc" layihəsinin rəhbəri Əbülfət Fətullayev deyib.
Onun sözlərinə əsasən, sistem nitqi tanımağa və avtomatik cavab verməyə imkan verir ki, bu da telekommunikasiya şirkətləri, bankları və digər strukturlar üçün maraq kəsb edə bilər.
Ə.Fətullayev qeyd edib ki, Call-mərkəzinin operatoruna zəng edə bilmək və maraq doğuran suallara konkret cavab almaq üçün çox vaxt böyük səbr tələb olunur. Yeni sistem zəng edənin sualına dərhal cavab verməyə qadir Call-mərkəzi yaratmağa imkan verir. Üstəlik sualı birbaşa ünvanlamaq olar. Məsələn: "mən telefon xətti çəkmək istəyirəm" və ya "telefon xəttinin çəkilməsi neçəyə başa gələcək?". Sualın verilmə formasından asılı olmayaraq, o, sistem tərəfindən başa düşüləcək".
O əlavə edib ki, yeni sistemin kollektivi 2-3 nəfərdən təşkil edilə bilər, onlara sual avtomatik işlənmədiyi halda ehtiyac yaranacaq: "Lakin verilən sual və alınan cavab sistemdə qeydiyyata alınacaq ki, bu da gələcəkdə zəng edənə problemsiz cavab verməyə imkan yaradacaq".