21 May 2014 12:07
1 529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyi (MN) bəzi mətbu orqanlarda rusiyapərəst şəxslərin qurumda yüksək vəzifəyə gətirilməsinə dair səslənən iddialara münasibət bildirib.


Nazirliyin mətbuat xidməti məsələ ilə bağlı Publika.az-ın sorğusuna cavabında bu iddiaları əsassız adlandırıb: “Təyin olunan kadrların hamısı əvvəllər də Silahlı Qüvvələrdə yüksək vəzifələrdə xidmət ediblər. Bu səbəbdən də irəli sürülən iddianın heç bir əsası yoxdur”.

MN aparılan kadr islahatlarınım əsas məqsədini də açıqlayıb.

“Məqsəd Silahlı Qüvvələri daha da möhkəmləndirmək və onun döyüş qüdrətini artırmaqdan ibarətdir”,– deyə sorğunun cavabında bildirilir.

Qeyd edək ki, Azərbaycan Demokrat Partiyası (ADP) MN-də son vaxtlar yüksək vəzifələrə təyin olunan zabitləri Rusiyaya yaxın şəxslər sayaraq, bundan narahatlığını ifadə edib.

ADP ölkəmiz üçün Rusiya təhlükəsinin getdikcə daha qabarıq şəkildə ortaya çıxdığı bir vaxtda bu cür kadrların milli və dövlət maraqlarımıza zidd olduğunu bildirib və Ali Baş Komandan kimi İlham Əliyevi Müdafiə Nazirliyində aparılan kadr islahatlarını bir daha nəzərdən keçirməyə çağırıb.


Müəllif: