30 Aprel 2015 22:56
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 1-dən 5-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda “SEAB – 2015. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

İnstitutdan Teleqraf.com-a bildiriblər ki, simpoziumu AMEA, Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universiteti birgə təşkil edəcək.

Beynəlxalq simpoziumun keçirilməsinin əsas məqsədi Azərbaycanda elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici cəmiyyət icmalarının bir araya gələrək müzakirələr aparmasıdır. Konfransda, həmçinin Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlif irsin qorunması mövzuları əsas müzakirə obyekti olacaqdır. Konfransda 100-dən çox elmi əməkdaş təqdimatla çıxış edəcək.

Seçilmiş mövzular impakt faktorlu IJSM jurnalında Avrasiyada biomüxtəliflik simpoziumu adı altında dərc ediləcək.

Konfrans çərçivəsində muzeylərə, Dendroloji parka, Mərkəzi Nəbatat bağına səyahətlərin təşkili nəzərdə tutulur.

Növbəti illərdə simpoziumların müvafiq olaraq Azərbaycan, Türkiyə, Belarus, Qazaxıstan, Rusiya və digər ölkələrdə keçirilməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər