İyunun 6-da Ukraynanın Dnepropetrovsk şəhərindən Bakıya yeni aviareys açılacaq.
ANS PRESS-in məlumatına görə, Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətləri əsasında açılan Dnepropetrovsk-Bakı-Dnepropetrovsk aviareysini "Dniproavia" şirkəti həyata keçirəcək.
Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Qüdrət Hacıyev ANS PRESS-ə açıqlamaında yay mövsümündə belə bir təyyarə reysinin açılmasının vilayətdə yaşayan 30 mindən çox azərbaycanlının, xüsusən də şərqi Ukraynada təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacağını qeyd edib.
Uçuşlar iyunun 6-dan başlayaraq hər həftənin şənbə günü yerli vaxtla səhər saat 07.30-da Dnepropetrovsk şəhərindən, saat 14.10-da isə Bakıdan həyata keçirəcək.
Şirkət sərnişinlərin tələbinə uyğun olaraq iyul ayından etibarən uçuşların sayını həftədə 2 dəfəyə qaldırmağı nəzərdə tutur. Dnepropetrovsk-Bakı aviareysinə bilet almaq istəyən sərnişinlər dniproavia.com saytına və aviabilet satışı ilə məşğul olan agentliklərə müraciət edə bilərlər.