19 May 2015 17:27
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

1010 nəfər imtahana gəlməyib, 35 nəfər imtahandan xaric olunub

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 17-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 19-da saat 16:45-dan etibarən açıqlayıb.

İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələrini həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 16071 abituriyentdən 1010 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 15061 abituriyentdən 35 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 15026 abituriyentin imtahan nəticələri yerləşdirilib.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.

Sevil


Müəllif: