Bakıda binaların penoplastdan hazırlanmış dekorativ üzlükləri sökülə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, Bakı şəhəri Binəqədi rayonu ərazisindəki binada baş vermiş yanğınla əlaqədar prezidentin sərəncamı ilə yaradılmış Dövlət Komissiyası sabah öz rəyini bildirməlidir: “Hazırda araşdırma gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki, belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək. Yox əgər komissiya arayış versə ki, yanğın başqa səbəblərdən baş verib, onda onların sökülməsinə ehtiyac yaranmayacaq”.
Hacıbala Abutalıbov əlavə edib ki, bu gün baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 51 nəfər xəstəxanaya yerləşdirilib. 35 nəfər isə tibbi yardım göstərildikdən sonra evə buraxılıb".
Qeyd edək ki, artıq Bakının bir sıra rayonlarında binaların üzlüklərinin sökülməsinə başlanılıb.
İlhamə