20 May 2015 00:45
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 19-da Atatürk Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası (AJQA) ilə birgə “Atatürk və türk gəncliyi” mövzusunda “dəyirmi masa” təşkil edib.

TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, Birliyin sədri Çingiz Bayramov tədbirdə çıxış edərək hər il mayın 19-nun qardaş ölkədə Atatürkü anma, gənclik və idman bayramı kimi yüksək səviyyədə qeyd olunduğunu vurğulayıb. O, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün həyat və fəaliyyətinin türk gəncliyi üçün nümunə olduğunu deyib.

Sonra Bakıdakı Atatürk Liseyinin şagirdi Ayan Məmmədli Atatürkün “Gəncliyə xitab”ını oxuyub.

AJQA-nın prezidenti Sevil Yusifova türk dünyasının iki böyük oğlu – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin həyat və fəaliyyətlərinin gənc nəsil tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Digər çıxışlarda da Mustafa Kamal Atatürkün Türkiyə, eləcə də bütün türk dünyası qarşısında misilsiz xidmətlərindən söhbət açılıb. Çıxışlarda türk dünyasının ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamlarının müasir Azərbaycan gəncliyi üçün ideoloji qaynaq olduğu bildirilib. Tədbirdə, həmçinin Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar gənclərimizin Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmələrinin və həmrəy olmalarının vacibliyi xüsusi vurğulanıb.


Müəllif:

Oxşar xəbərlər