22 May 2015 21:35
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaxın günlərdə respublikanın bölgələrində milli təsviri sənətin təbliği, əhalinin bədii və estetik zövqünün yüksəldilməsi istiqamətində yeni layihənin icrasına başlanılacaq.

Teleqraf.com xəbər verir ki, respublikanın müxtəlif şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində, Muzey və digər sərgi salonlarında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin fonduna məxsus görkəmli Azərbaycan rəssamlarının böyük bədii, tarixi, muzey və yüksək maddi dəyərə malik olan əsərlərinin təqdimatı keçiriləcək.

İlk belə səyyar sərgi may ayının 26-dan iyun ayının 10-dək Xızı rayonunda keçiriləcək.

Sərgidə Azərbaycanın tanınmış rəssamı, Əməkdar incəsənət xadimi Kamal Əhmədin 7 əsəri təqdim olunacaq.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər