27 May 2015 16:36
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisi 28 May Respublika Günü münasibətilə Samux rayonunda tədbir təşkil edib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, məktəblilərin iştirak ilə baş tutan tədbirdə ziyalılar, təhsil işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. İlk növbədə məktəblilərin Azərbaycanın dövlətçilik tarixi barədə ətraflı məlumatları dinlənilib, onların ifasında hazırlanmış kompazisiyalar təqdim edilib.

Tədbirdə çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və onun Şərqin ilk demokratik respublikası olaraq dünya dövlətçilik tarixinə töhfələrindən, habelə ölkəmizdə müasir dövlət quruculuğu yolunda ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına tarixi xidmətlərindən bəhs ediblər.

Sonda tədbirin iştirakçısı olan məktəblilər mərkəz tərəfindən mükafatlandırılıb.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər