29 May 2015 16:19
1 443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 28-də Xızı rayonunun Yeni Yaşma ərazisində layihə gücü 50 MVt olan külәk parkında Alternativ və Bәrpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABOEMDA) tərəfindәn bütün stansiya tam sınaqdan keçirilib və artıq 2,5 MVt-lıq bir әdәd külәk turbini işә salınıb.

Teleqraf.com xəbər verir ki, ABOEM-dan verilən xəbərə görə, ölkәmiz üçün әlamətdar olan Respublika Günündə ABOEM sahəsi üzrə böyük miqyaslı bu layihәnin ilkin olaraq işlək vәziyyәtә gәtirilmiş külәk turbini külәk enerjisindәn elektrik enerjsi istehsal edәrәk artıq ümumi elektrik şәbәkәsinә ötürmәyә başlayıb. Qısa müddətə külək parkı tam gücü ilə respublikanın ümumi enerji şəbəkəsinə qoşulacaq.

"Azərbaycanın karbohidrogen enerji resursları ilә zәngin olmasına baxmayaraq ABOEM hesabına istehsal olunan enerji ilә milyonlarla kub metr qaza qәnaәt ediləcək. Ötәn il әrzindә ölkәdә bәrpa olunan enerji mәnbәlәrindәn istifadә etmәklә 1,5 milyard Kvt/saatdan çox elektrik enerjisi istehsal olunub ki, nəticә olaraq 500 milyon kub metr qaza qәnaәt edilib", - deyə ABOEM-nin məlumatında bildirilir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər