1 İyun 2015 16:53
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dırnaqların kövrəkliyindən, tez qırılmasından şikayət edən xanımlar bu problemi aşağıdakı üsulların köməkliyi ilə aradan qaldıra bilərlər.

Zeytun yağı və limon suyu: 1 çay qaşığı zeytun yağı və 1-2 damcı limon suyunu qarışdırıb həftədə 2 dəfə dırnaqlarınıza çəkin. Gecə yatmazdan əvvəl masaj edərək dırnaqlarınıza çəkib əlcək geyinib yatın. Səhər yuxudan duran kimi ilıq su ilə yaxalayın.

Çay ağacı və E vitamini: 1 çay qaşığı çay ağacı yağı və 2-3 damcı E vitaminini qarışdırıb dırnaqlarınıza çəkin. Bu qarışıq təkcə dırnaqları gücləndirmir, göbələk və infeksiyalara qarşı da dırnaqları qoruyur.

Dəniz duzu: 2 qaşıq dəniz duzuna 2 damcı limon suyu, 2 damcı mirra yağı və 2 damcı buğda toxumlarının yağını qarışdırın. Bu qarışığı 1 kasa isti suya əlavə edib əllərinizi 10-15 dəqiqə suyun içində saxlayın. Həftədə 2 dəfə etmək lazımdır.

Gecə terapiyası: 2 damcı E vitamini yağını dırnaqlarınıza çəkib əlcək geyinin və yatın.

Pivə və zeytun yağı: 1/4 fincan zeytun yağını isidib eyni miqdarda alma sirkəsi və yarım fincan pivəni qarışdırın. Dırnaqları bu maskada 15 dəqiqə saxlayın.

Publika.az


Müəllif:

Oxşar xəbərlər