Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin gəncləri “Hər ay bir gün” adlı növbəti aksiyasını Bakı şəhərində həyata keçirib.
Birliyin sədri Sevinc Əzimbəylinin Teleqraf.com-a verdiyi məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd ölkəmizdə milli-mənəvi dəyərlərimizi təbliğ etmək, vətənpərvərlik hisslərini ölkə gəncləri arasında yüksəltməkdir: “Müqəddəs Ramazan ayında bu aksiyanın təşkili də ölkə gənclərinə milli və mənəvi dəyərlərimizə sahib olma yolunda vətənpərvərlik çağırışıdır”.
S.Əzimbəylinin sözlərinə görə, Azərbaycanın bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarını mübarək Ramazan ayında anmaq özü də bir ibadətdir.
Qeyd edək ki, gənclər Bakı şəhərində fərqli yerlərdə müqəddəs şəhidlərimizin anım lövhələrinin üzərində və ətrafında təmizlik işlərini həyata keçiriblər.
BƏXTİYAR