Bu gün Biləsuvar rayonunun 3 kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibətilə tədbirlər keçirilib.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, açılış mərasimlərində rayon İcra Hakimiyyətinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. 697 abonenti olan Nərimankənd kəndinə təbii qazın verilməsi məqsədilə birpilləli sistem əsasında uzunluğu 38 890 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 697 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
452 abonenti olan Ağəyri kəndinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 25 812 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 452 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 517 abonenti olan Günəşli kəndinə də ilk dəfə olaraq təbii qaz verilib. Bu məqsədlə birpilləli sistem əsasında 29 080 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 517 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Ağsu rayonunun Küllülü və İsmayıllı rayonunun Basqal kəndlərinə təbii qazın verilməsi münasibətilə keçirilmiş tədbirlərdə rayon İcra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, kənd sakinləri iştirak ediblər. Bildirilib ki, 16 abonenti olan Küllülü kəndinə təbii qazın verilməsi üçün birpilləli sistem əsasında ümumi uzunluğu 1400 metrlik polietilen və 1659 metrlik metal borularla qaz xətləri çəkilib, 16 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İsmayıllı rayonunun 750 abonenti olan Basqal kəndinə təbii qazın verilməsi üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 2930 metr olan polietilen və 32 286 metr metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 750 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirlərdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür ediblər.