30 İyun 2015 01:08
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 29-da Beynəlxalq Türk Akademiyası Astanada Türk Dünyası Elmlər Akademiyaları İttifaqının təsis sessiyasını keçirib.

İttifaqın sessiyasında Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Qazaxıstan Milli Elmlər Akademiyasının prezidenti Murat Jurinov, Qırğızıstan Milli Elmlər Akademiyasının prezidenti Abdıqanı Erkebayev, Türkiyə Milli Elmlər Akademiyasının prezidenti Acar Ahmet Jevat, Tatarıstan Elmlər Akademiyasının prezidenti Məkzüm Salahov və başqaları iştirak ediblər.

Təsis sessiyasında Türk Dünyası Elmlər Akademiyaları İttifaqının yaradılması haqqında sənəd, habelə onun fəaliyyətini müəyyənləşdirən Əsasnamə imzalanıb. Bundan başqa, türkdilli dövlətlərin vahid təhsil məkanının yaradılması, onların elmlər akademiyaları arasında sıx əlaqələrin qaydaya salınması məsələləri müzakirə edilib.


Müəllif:

Oxşar xəbərlər