10 İyul 2015 08:32
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) 10 iyul 2015-ci il tarixindən etibarən bir sıra reyslərdə sərnişinlər üçün yeni elit xidmət sinfini - “biznes-lüks” tətbiq edəcək.

AZAL-ın mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, “Biznes-lüks” sinfi aviasiya xidməti sahəsində müasir texnologiyalar və nailiyyətlərin istifadəsi nəticəsində təyyarələrin bortunda daha yüksək xidmət standartlarını nəzərdə tutur. Yeni xidmət sinfini seçən sərnişinlər ənənəvi “biznes-klass” xidmətləri ilə yanaşı, əsas yemək, sərinləşdirici və spirtli içkilərin geniş seçim menyusu, xüsusi səyahət dəstləri, uzun məsafəli uçuşlarda pijama, uşaqlar üçün hədiyyələr və s. üstünlüklərdən faydalana biləcəklər.

İlk olaraq yeni xidmət sinfi ilə AZAL-ın Nyu-York, London və Pekinə uçuşlar həyata keçirən "Airbus 340" və "Boeing 787 Dreamliner" flaqman təyyarələrinin sərnişinləri tanış olacaqlar.

“Biznes-lüks” xidmət sinfinə yuxarıda sadalanan istiqamətlər üzrə aviabiletlər almaq və daha ətraflı məlumat əldə etmək üçün Çağırış Mərkəzinə: (+99412) 598-88-80, *8880 e-mail: [email protected] və ya “Azərbaycan Hava Yolları” QSC satış ofislərinə müraciət etmək olar.


Müəllif:

Oxşar xəbərlər