16 İyul 2015 15:24
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında Milli Mətbuatın 140 illik yubileyi ilə əlaqədar bir qrup aparıcı media nümayəndələri ilə görüş təşkil olunub.

Teleqraf.com-un məlumatına görə, tədbirdə YAP-ın icra katibinin müavinləri – millət vəkili Siyavuş Novruzov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iştirak ediblər.

Çıxış edən YAP rəsmisi M.Qurbanlı deyib ki, Azərbaycan preidenti cənab İlham Əliyev milli mətbuatımızın inkişafı istiqamətində böyük addımlar atıb, media işçilərinə fəxri adlar və mənzillər verilib, müxtəlif yardımlar edilib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası da mətbuatla əlaqələri ənənəvi xarakter daşıyır: “Hər il partiya media işçiləri ilə görüşüb, onların zəhmətlərini qiymətləndirir, təbrik edir. Bu ənənə bu gün də davam edir”.

YAP-ın icra katibinin müavini S.Novruzov isə qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdam sonra ölkədə digər sahələr kimi mətbuat da inkişaf etməyə başlayıb: “Azərbaycanın inkişaf tarixində milli mətbuatın böyük xidmətləri olub. Bundan əlavə, Azərbaycan mətbuatı ölkədə milli ordunun formalaşmasında, milli vətənpərvərlik ruhunun aşılanmasında və sairə böyük xidmətlər göstərib.

Bu gün Azərbaycanda dövlətin mətbuata böyük diqqət və qayğısı var. Azərbaycanda ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə mətbuatda senzura aradan qaldırılıb. Mətbuat nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfgindən böyük addımlar atılıb. Təbii ki, mətbuat da hər zaman dövlətin və xalqın yanında olub, dövlət maraqlarını üstün tutub. Biz mətbuatın böyük gücünü hər zaman hiss etmişik. Bu yaxınlarda Azərbaycanda keçirilən “Bakı 2015” I Avropa Oyunları zamanı da biz mətbuatın böyük gücünü gördük. Azərbaycan mətbuatı ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyasına sinə gərdi. İmkan vermədi ki, xarici dairələrin Azərbaycana qarşı həyata keçirdiyi qarayaxma kampaniyası reallaşsın. Qarşıdan parlament seçkiləri gəlir. Hesab edirəm ki, hər zaman olduğu kimi, bu il də mətbuatımız seçkilər ərəfəsində ölkədəki reallığı düzgün qiymətləndirəcək. Biz fürsətdən istifadə edib, bütün Azərbaycan jurnalistlərini həm Ramazan, həm də Milli Mətbuat bayramı münasibətilə təberik edirik, obnlara gələcək fəaliyyətində uğurlar arzu edirik”.

Daha sonra bir qrup aparıcı media nümayəndəsi YAP tərəfindən mükafatlandırılıb.

Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər