Azərbaycanda yenitörəmələr aşkarlanan, anadangəlmə anomaliyalar, deformasiyalar və xromosom pozğunluqları, eyni zamanda, qidalanma, sinir sistemi pozğunluqları diaqnozu ilk dəfə qoyulan uşaqların sayı artıb.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, 2013-cü ildə Azərbaycanda sinir sistemi diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 30 573 olduğu halda, 2014-cü ildə onların sayı 39 918 olub.
Bununla yanaşı, psixi və davranış pozğunluqları diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 1647, 2014-cü ildə 2743 nəfər, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqları diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 13 835, 2014-cü ildə 17 497 nəfər, gözün və onun əlavə aparatının xəstəliyi üzrə ilk dəfə diaqnoz qoyulmuş uşaqların sayı isə 2013-cü ildə 21 220, 2014-cü ildə 34 176 nəfər olub.
Qan dövranı sistemi xəstəlikləri diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 12 822, 2014-cü ildə isə 15 878 nəfər olub.
Yenitörəmələr diaqnozu ilk dəfə qoyulan uşaqların sayı 2013-cü ildə 330 nəfər olduğu halda, 2014-cü ildə belə uşaqların sayı 498-ə yüksəlib.