23 İyul 2015 20:18
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti ilə Həsrət Ağamalıyev küçəsinin kəsişməsində, 6 hərəkət zolaqlı yol üzərindən yeni müasir yerüstü piyada keçidi inşa edilib.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu işlər nəqliyyat vasitələrinin, həmçinin vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə görülür.

Məlumatda bildirilir ki, bir aşırımlı, metal konstruksiyalı yerüstü müasir piyada keçidinin eskalatorlarla birlikdə ümumi uzunluğu 82,12 metr, o cümlədən daxili eni 3,4 metr, hündürlüyü isə 3,0 metrdir.

Yerüstü piyada keçidinin eyni tərəfə baxan iki ədəd giriş çıxışının hər birində vətəndaşların rahat hərəkəti üçün 2 komplekt olmaqla 4 ədəd eskalator quraşdırılıb.

Piyada keçidinin qapalı hissəsi və pilləkənlərin işıqlı olması üçün şüşə pəncərələr quraşdırılıb, pilləkən marşı və dəhliz hissəsi mərmər üzlük daşı ilə üzlənib. Eyni zamanda tavan və yan divarlar müxtəlif rəngli alkopanlarla üzlənib, müasir işıqlandırma sistemi qurulub.

Yeni piyada keçidində vətəndaşların təhlükəsizliyi kameralar vasitəsilə 24 saat ərzində təmin olunur. Bunun üçün keçiddə 4 ədəd təhlükəsizlik kamerası quraşdırılıb və mühafizəçi otağı yaradılıb.

Xatırladaq ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC Azadlıq prospektinin M.Ə.Rəsulzadə qəsəbəsindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alaraq, vətəndaşların avtomobil yolunu rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə yeni yerüstü piyada keçidinin inşasına 2014-cü ilin oktyabr ayında başlayıb.

Tikinti işləri Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliyi ilə yüksək keyfiyyətlə həyata keçirilərək, vaxtında yekunlaşdırılıb.


Müəllif:

Oxşar xəbərlər