30 İyul 2015 15:28
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən, yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi olaraq nəzarət aparılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan müayinələrin nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar olaraq, Sabunçu, Xəzər, Suraxanı, Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə müvafiq təkliflər verilib. Binəqədi, Nizami, Qaradağ rayonlarında cavabdeh şəxslər inzibati qaydada cərimə olunub, həmçinin müvafiq tədbirlərin təşkili üçün Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə rəsmi məktublar göndərilib.

Əhalinin təsərrüfat-içməli su təchizatı üzərində mütəmadi nəzarətin təmin edilməsi məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən respublikanın şəhər və rayon mərkəzlərində olan su təchizatı sistemlərindən su nümunələrinin müayinələri aparılıb. Aşkar olunmuş nəticələr üzrə müvafiq tədbirlər görülüb, 18 rayon ərazisində istismarda olan modul tipli təmizləyici qurğulardan su nümunələri götürülüb.

Bakı şəhərinin mərkəzi su anbarları və nasos stansiyaları üzərində aparılan laborator nəzarəti ilə əlaqədar olaraq 2015-ci ilin 6 ayı ərzində 935 su nümunəsi müayinə olunub. İçməli su nümunələrində aşkar olunmuş qeyri-kafi nəticələrlə bağlı araşdırmalar aparılıb, suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə təkliflər verilib. Bakı şəhər ərazisində yerləşən istirahət-çimərlik zonalarında laborator müayinələr aparılmaqla dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinə nəzarət davam etdirilib.


Müəllif:

Oxşar xəbərlər