4 Avqust 2015 12:26
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Elektron hökumət” portalında nazirliyin ən çox istifadə olunan e-xidmətlərindən olan “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən iyul ayında vətəndaşlar 40324 dəfə yararlanıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək lazım gəlir.

Qeyd edək ki, sözügedən xidmətdən istifadə üçün “Elektron hökumət” portalında autenfikasiyadan keçmək tələb olunmur.


Müəllif:

Oxşar xəbərlər