17 Avqust 2015 20:34
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə avqust ayı ərzində regionlarda könüllü qanvermə aksiyaları keçirilir.


Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bugün qanvermə aksiyası Astara şəhərində keçirilir. İndiyə qədər aksiyalar Şabran, İmişli, Sabirabad, Şirvan və Ucar rayonlarında keçirilib.

Aksiyalarda ümumilikdə 360 nəfər iştirak edib. Şabranda keçirilən aksiyada 46, İmişlidə 58, Sabirabadda 133, Şirvanda 83, Ucarda 40 nəfər qan vermə aksiyasına qatılıb.

Aksiyada əldə olunan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.


Müəllif:

Oxşar xəbərlər