Hacıqabul və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Teleqraf.com SOCAR-ın saytına istinadən məlumat verir ki, sentyabrın 15-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Yekəxana” və Astara magistral qaz kəmərləri sahəsinin “Orduxal” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Göyçay rayonunun Yekəxana, Qaraməryəm və Şahsoltanlı, həmçinin Lerik rayonunun Orduxal kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.