Bu gün Bakı şəhərinin Yeni Günəşli qəsəbəsinin A, B, V, Q, D massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, məhdudiyyətə səbəb Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Şadlınski küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədardır.