28 Sentyabr 2015 08:58
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan şəhər Xəlil Rza Ulutürk prospektində Əliyevlər ailəsinin təsərrüfatında armud ağacı ikinci dəfə çiçək açıb.

"Report" xəbər verir ki, 10 il bundan əvvəl əkilən armud ağacının barı yay aylarında yığılıb.
Maraqlıdır ki, ağacın yalnız bir budağı çiçək açb, yeni yarpaqları əmələ gəlib, lakin qalan budaqları isə əvvəlki vəziyyətində qalıb. Təsərrüfat sahibi Elmira Əliyeva ilk dəfədir belə bir hadisənin şahidi olduğunu bildirib.

Mütəxəssislərin fikrincə, bu il havaların anomal keçməsi armud ağacının ikinci dəfə çiçək açmasına səbəb olub.


Müəllif:

Oxşar xəbərlər