Qadın Problemlərinin Tədqiqatları Mərkəzi İctimai Birliyi 23 sentyabr 2015-ci ildə Azərbaycan Respublikasıının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə həyata keçirdiyi “Azərbaycanın regionlarında erkən nikah və məişət zorakılığına qarşı mübarizədə ictimai təşəbbüslərin gücləndirilməsi” layihəsi çərçivəsində Şabran rayonunda növbəti-sonuncu ictimai müzakirəsini keçirib.
Layihənin əsas məqsədi Azərbaycanın regionlarında qadınlar arasında erkən nikah və məişət zorakılığına qarşı hüquqi maarifləndirməni təşkil etməklə, erkən nikaha cəlb edilmə və zorakılıq hallarının və bunu yaradan səbəblərin azaldılmasına nail olmaqdır.
Şabran rayonunda Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin məsul işçisi, tibb işçiləri, təhsil və mədəniyyət işçiləri, yerli qadınlar, yeniyetmə və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin işçisi açdı, daha sonra təşkilatın rəhbəri Sevil Allahverdiyeva çıxış edərək təşkilat və layihə haqqında məlumat verərək erkən nikah vəDSC03583 məişət zorakılığının daim təşkilatın prioroteti olduğunu qeyd etdi. S.Allahverdiyeva bildirdi ki, həm erkən nikah, həm də məişət zorakılığı Azərbaycan cəmiyyəti üçün olduqca aktualdır və bu kimi maarifləndirmə işlərinə ehtiyac vardır.
Qeyd olundu ki, layihəyə Dövlət Dəstəyi Şurası da prioritet mövzu kimi dəstək vermişdir. Daha sonra tədbirin məruzəçisi Rafiq Təmrazov çıxış edərək məişət zorakılığı və onun təsnifatı, o cümlədən beynəlxalq qanunvericiliklə bağlı məlumat verdikdən sonra Azərbaycanda bu sahədə aparılan islahatlardan danışdı. Eyni zamanda məruzəçi erkən nikah haqqında geniş məlumat verərək regionlarda son dövrlər qızların erkən nikaha cəlb edilməsindən danışdı və onun fəsadlarını vurğuladı.
Daha sonra tədbir iştirakçıları mövzuyla bağlı suallar verdilər və bu cür tədbirlərin kəndlərdə də keçirilməsinin zəruri olduğunu qeyd etdilər.