13 Oktyabr 2015 13:54
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 17-dək davam edəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şərairi üstünlük təşkil edəcək, yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Oktyabrın 14-15-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəsas insanlar üçün əsasən əlverişli olacaq.

Oktyabrın 14-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.


Müəllif:

Oxşar xəbərlər