19 Oktyabr 2015 12:14
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər naziri Fazil Məmmədov oktyabrın 23-də Beyləqan şəhərində yerləşən 8 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (ünvan: SMD-42 qəsəbəsi) Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Laçın rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlər ilə bağlı müraciətlərə baxılacaq.

Qeyd edilən rayonlardan olan, qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 8 saylı Ərazi Vergilər İdarəsi, İmişli şəhəri vergi ödəyicilərinə xidmət mərkəzindəki müvafiq şəxslərlə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər