19 Oktyabr 2015 18:15
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu məqsədlə Dilçilik İnstitutunda komissiya yaradılıb

Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda akademik Tofiq Hacıyevin rəhbərliyi ilə “Orfoqrafiya Komissiyası”nın iclası keçirilib.

İnstitutun Mətbuat xidmətindən Təranə Şükürlünün Teleqraf.com-a verdiyi məlumata görə, iclasda son günlər orfoqrafiya lüğətilə bağlı mətbuatda gedən məsələlər müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev bildirib ki, orfoqrafiya məsələsi hər bir mədəni xalqın yazısında mühüm tələblərdən biridir: “Yazı mədəniyyətinin tərəqqisində orfoqrafiya mühüm rol oynayır. Lakin mətbuatda lüğətin bəzi qaydalarının mübahisə obyektinə çevrilməsi də təbiidir” deyən institut direktoru bildirib ki, orfoqrafiya lüğətinin yenidən çap olunması üçün artıq institutda komissiya yaradılıb.

Sözlərin orfoqrafiyası ilə bağlı təkliflərin çox olduğunu deyən direktor onların müzakirələrdən sonra qəbul ediləcəyini vurğulayıb.

Sonra “Orfoqrafiya “ lüğətinin redaktoru professor İsmayıl Məmmədov bildirib ki, lüğətdə müəyyən sözlər var ki, onlar növbəti nəşrdən çıxarılacaq. Hazırkı lüğət 110 min sözü əhatə edir.

Qeyd edək ki, Orfoqrafiya lüğətinin 6-cı nəşri 2013-cü ildə çap olunub. Tofiq Hacıyev isə Dilçilik İnstitutuna 2014-cü ildə təyinat alıb.

SEVİL


Müəllif: