Aparıcı İradə İsaqın təşkilatçılığı ilə xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkən əməkdar artist Gülnar Salmanova üçün yardım aksiyası təşkil edilib.
Teleqraf.com xəbər verir ki, aksiyada bir çox jurnalistlər, dietoloq Leyla Zülfüqarova, əməkdar artist Kübra Əliyeva və b. iştirak edirək G. Salmanovanın evində olublar. Yardım sayəsində əməkdar artist üçün baxıcı və həftədə bir dəfə dializə xəstəxanaya aparmaq üçün sürücü təyin edilib. Bununla yanaşı Qızıl Aypara Cəmiyyəti əməkdar artistin ayda bir dəfə müayinəsini öz üzərinə götürüb.
Qeyd edək ki, aksiya davam edir.
Bildirək ki, əməkdar artist özünə yemək bişirə bilmədiyi üçün ac qaldığını qeyd edib.
Rəqsanə