26 Oktyabr 2015 01:23
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

Teleqraf.com-un nazirliyin saytına istinadən verdiyi xəbərə görə, İsmayıllının Gəraybəyli kəndində yanğınla nəticələnən yol qəzası baş verib.


Nəticədə “Mercedes” markalı minik avtomobili tamamilə yanıb. Qəza nəticəsində avtomobilin sürücüsü, 1948-ci il təvəllüdlü İsmayılov Vaqif Tofiq oğlu və 1976-cı il təvəllüdlü İsmayılov Məhəmməd Vaqif oğlu aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat ediblər. Digər sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

V.İsmayılov və M. İsmayılovun cəsədləri, həmçinin xəsarət alan vətəndaş yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil veriliblər.


Qeyd edək ki, hadisə ilə bağlı APA-nın yaydığı məlumatda qəzada vəfat edən Vaqif İsmayılovla Məhəmməd İsmayılovun ata-oğul olduğu qeyd olunub. Digər yaralı İsmayıl İsmayılov isə ailənin ikinci oğludur.


Müəllif: