3 Noyabr 2015 11:23
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 3-dən etibarən Azərbaycan Respublikasının vətəndaşları ölkə üzrə qeydiyyat məhdudiyyəti olmadan istənilən “ASAN xidmət” mərkəzlərinə müraciət edərək ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər.

ASAN-dan Teleqraf.com-a verilən məlumata görə, vətəndaşlar "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlər barədə ətraflı məlumatı "108" Çağrı mərkəzi, www.asan.gov.az internet və sosial şəbəkələrdəki rəsmi səhifələrdən əldə edə bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.


Müəllif: