4 Noyabr 2015 19:01
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab prezident icazə verin, Sizi Milli Bilik Günü münasibətilə təbrik edim və mənim fəaliyyətimə verdiyiniz belə yüksək qiymətə görə təşəkkürümü bildirim. Rusiya Federasiyasının dövlət mükafatını – “Puşkin” medalını almaq mənim üçün çox böyük şərəfdir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ona “Puşkin” medalı təqdimolunması mərasimində deyib.

Kremldə Milli Birlik Gününə həsr olunan təntənəli qəbulda çıxış edən L.Əliyeva qeyd edib ki, böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin abidəsi Bakının mərkəzində ucaldılıb: “Bu, Azərbaycan xalqının rus xalqının mədəniyyətinə, ədəbiyyatına olan yüksək qiymətdir. Rusiya-Azərbaycan münasibətləri dərin tarixi köklərə malikdir və bu gün də uğurla inkişaf etdirilir. Humanitar sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda rus dilində tədris tam həcmdə saxlanılıb. 300-dən çox məktəbdə rus dili tədris olunur. Bakı Slavyan Universiteti və Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir. Bu yaxınlarda Seçenov adına Birinci Moskva Tibb Universitetinin ilk xarici filialı Azərbaycanda filialı açılıb”.

L.Əliyeva qeyd edib ki, Azərbaycan xalqı Rusiya ilə mədəni və humanitar sahədə olan əməkdaşlığı çox yüksək qiymətləndirir: “Çox şadam ki, ölkələrimiz arasındakı dostluğa və əməkdaşlığa öz töhfəmi verə bilmişəm. Bir daha Vladimir Vladimiroviç Putinə bu ali mükafata görə təşəkkürümü bildirirəm. Bu mükafatı Sizin əlinizdən qəbul etmək mənim üçün çox böyük şərəfdir. Sizə və bütün Rusiya xalqına xoşbəxtlik, sülh və əmin-amanlıq arzulayıram”.

Nərgiz


Müəllif: