6 Noyabr 2015 15:12
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah axşamdan başlayaraq ölkə ərazisində hava soyuyacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a verilən məlumata görə, noyabrın 7-si axşamdan noyabrın 11-i gündüzə kimi ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Yağıntının dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimal edilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.


Müəllif: