9 Noyabr 2015 14:41
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kollektivi Akademiyanın 70 illik yubileyi ilə əlaqədar noyabrın 9-da Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Teleqraf.com xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin, ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında mühüm rol oynamış digər görkəmli şəxslərin də xatirələri yad edilib, məzarları üstünə güllər qoyulub.


Müəllif: