Dekabrın 5-də Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Lənkəran payızı” III folklor festivalı keçirilib.
APA-nın cənub bürosunun məlumatına görə, rayonun mədəni-maarif müəssisələrində folklor və sənətkarlıq işinin daha da yaxşılaşdırılması, qeyri-maddi mədəni irsin qorunub saxlanılması və inkişaf etdirilməsi, xalq sənətkarlığı nümunələrinə marağın daha da artırılması, eləcə də şifahi xalq yaradıcılığının gənc nəslə tanıdılması məqsədi daşıyan tədbirdə 75 klubun folklor kollektivləri öz məharətini nümayiş etdirib.
Sənət yarışmasında fərqlənən kollektivlər Lənkəran şəhər bələdiyyəsinin qiymətli hədiyyələri ilə mükafatlandırılıb.