21 Dekabr 2015 20:37
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Qazaxstan səfirliyinin dəstəyi ilə Qazaxstanın Əl-Farabi Dövlət Universiteti ilə Qafqaz Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb.

Qafqaz Universitetindən Teleqraf.com-a verilən xəbərə görə, Qazaxstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayev Əl-Farabi Dövlət Universiteti Dövlət Universitetinin rektoru akademik Qalimkair Mutanov və onun rəhbərliyi ilə həmin universitetin nümayəndə heyəti tədbirdə iştirak edib.
Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç bildirib ki, imzalanan protokol hər iki universitetin tələbə və müəllim heyyəti arasında mübadilənin aparılmasına, birgə elmi layihələrin və ortaq elmi araşdırmaların həyata keçirilməsinə imkan verəcək.

Əl-Farabi Dövlət Universitetinin rektoru da öz növbəsində bildirib ki, rəhbərlik etdiyi universitetin 80 illik tarixi, iyirmi min tələbəsi var: “Dünya reytinq cədvəlində 275-ci və MDB- də isə 3-cü yerdə dayanır. İmzalanan əməkdaşlıq sayəsində ümid edirəm ki, sizlərdən Qazaxstanda olmayan qalmayacaq. Bizim məqsədimiz gənclərimizin elmi fikir mübadiləsinə və bir birinizi daha yaxından tanımanıza şərait yaratmaqdır”.

Tədbir Əl-Farabi Universitetinin tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

SEVİL


Müəllif: